Mançester Yunayted”də ÇL-i qazana biləcək bir heyət görürüsüz?"

“Mançester Yunayted”in əfsanəsi Rayan Qiqqz komandasının Çempionlar Liqasındakı şansından danışıb. Sportinfo.az xəbər verir ki, “Skay Sports”a müsahibə verən Qiqqz “qırmızı şeytanlar”ın ÇL-də şansının çox olmadığını deyib:

 

“Mançester Yunayted”ə baxanda Çempionlar Liqasını qazana biləcək bir heyət görürüsünüz?  Məncə, hələ tezdi.  Heyətdə Pol Poqba, Romelu Lukaku, Markus Raşford, David de Xea kimi futbolçular var.

 

Bir neçə ulduz oyunçu və Qaret Beyl kimi futbolçu gəlsə, o zaman “Mançester Yunayted”in  ÇL-dəki şansı barədə danışa bilərik”.

 

Sabiq futbolçu bu mövsüm Avropanın nüfüzlü klub turnirindəki favoritini açıqlayıb: “Real” (Madrid) 1-ci sıradadır. Onlardan sonra PSJ gəlir. Bu il böyük transferlər reallaşdırdılar.

 

“Real” son 2 ildə hər şeyi çox yaxşı etdi və oyunçuları komandada qalıb. Bu kuboku qazanmaq istəyənlər “Real”dan daha yaxşı olmalıdılar”. 

Tarix: 12 Sentyabr 17:48    Oxunub: 105    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.