"Hamıya deyirəm: rahat olun və öz layihələriniz barədə düşünün"

PSJ-nin prezidenti Nasser Əl-Xələfi klubun maliyyə feyr-pley qaydalarını pozması barədə iddialara cavab verib.

 

Sportinfo.az xəbər verir ki, klub prezidenti İngiltərənin “Teleqraf” nəşrinə açıqlamasında son vaxtlar gəlirlərinin bir xeyli artdığını, maliyyə feyr-pley qaydasıyla bağlı heç bir narahatlıqları olmadığını bildirib:

 

“Hazırda gözəl bir problemimiz var - satılacaq formamız qalmayıb. Klub gəlirlərini artırmaq istiqamətində son 6 ildə dayanmadan çalışırıq. Bilet satışı, sponsorluq, oyun günü gəlirləri, forma, klub məhsullarının satışından gələn gəlirlərimizi 90 milyondan 500 milyon avroya yüksəltdik.

 

Son iki ildə mənfəət əldə edən klubuq. Hazırda gəlirlərimizi 20 və ya 40 faiz daha artırmaq barədə düşünürük. Maliyyə feyr-pley qaydalarını yerinə yetirmək üçün gələn ilin iyun ayına kimi vaxtımız var. Buna görə, hamıya deyirəm - rahat olun və öz layihələriniz barədə düşünün. Biz öz layihəmizi inşa edirik”.

Tarix: 12 Sentyabr 17:36    Oxunub: 74    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.