Şotlandiyalı əfsanə "Çelsi"yə "Qarabağ"a görə xəbərdarlıq etdi

"Çempionlar Liqasının qrup mərhələsində birinci dəfə iştirak etdiyi üçün "Qarabağ" ilk oyunda çox həyəcanlı olacaq. Amma bu komandaya heç bir halda yuxarıdan-aşağı baxmaq olmaz".

 

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin sabiq futbolçusu Pet Nevin deyib. London komandasının Əfsanəvi oyunçusu "Qarabağ"ın 2 il əvvəl Şotlandiyada "Seltik"ə qarşı keçirdiyi Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununu izlədiyini açıqlayıb.

 

O, gördüklərinə əsasən, Azərbaycan təmsilçisini belə dəyərləndirib: "Qarabağ"ın futbolçuları istedadlı, çox xoş oyun üslubu və üstəlik, böyük əzmkarlığa malikdirlər. Onlar artıq 6 oyuna çıxıblar.

 

Düzdü, bunlar qrup mərhələsinin oyunları ilə müqayisə oluna bilməz. Lakin tariximizə nəzər yetirsək, keçmişdə gözlənilməz xal itkiləri ilə üzləşmişik. Bu dəfə isə çətin qrupa düşdüyümüzdən, Azərbaycan təmsilçisi ilə 2 oyuna 6 xal mütləq vəzifə olmalıdır".

 

Şotlandiyalı mütəxəssis "Çelsi"nin "Qarabağ"la görüşün taleyini elə ilk yarıdaca 1-2 qolla həllini istədiyini də dilə gətirib:

 

"Hətta 45 dəqiqə və ya yarım saat uzunmüddətli perspektivdə həyati vacib məsələ ola bilər. Komandamız Premyer Liqa və Çempionlar Liqasında uğur əldə etmək üçün kifayət qədər ac görünür".

Tarix: 12 Sentyabr 17:24    Oxunub: 266    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.