David Luis: "Qarabağ"la oyunda yaxşı nəticə əldə etmək istəyirik"

"Qarabağ"la oyuna yüksək əhval-ruhiyyə ilə çıxıb, yaxşı nəticə əldə etmək istəyirik. Ötən mövsüm Premyer liqada çempion olduq və Çempionlar Liqasında bu uğurun davamını gətirməliyik.

 

Avropada oynamaq hər zaman yaxşıdır. Fərqli ölkələrdə, fərqli klublarla mübarizə aparırsınız. Bu turnirdə möhtəşəm futbolçular  və komandalar var".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Çelsi"nin futbolçusu David Luis Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyun öncəsi klubunda saytına deyib.

 

Braziliyanın müdafiəçi bu ayın onun üçün əla keçdiyini bildirib: "Bir neçə maraqlı oyuna çıxacağıq. Vaxtı gələndə,  futboldan gedəcəm və hazırda bu anların dadını çıxartmalıyam".

Tarix: 12 Sentyabr 17:12    Oxunub: 78    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.