"Qarabağ" ÇL üçün 17,2 milyon avroluq heyət yığıb - ÜMUMİ QİYMƏT

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 32 komandanın heyətində yer futbolçuların ümumi dəyəri açıqlanıb. Sportinfo.az xəbər verir ki, bu məbləğ 9,3 milyard avro təşkil edir.

 

Turnirin ən dəyərli komandası İspaniya təmsilçisi “Real”dır. ÇL-in son qalibi 774 milyon avroluq kollektivə sahibdir. İkinci sırada digər İspaniya klubu “Barselona”dır - 706,5 milyon avro. 1,46 milyard avroluq C qrupunda Azərbaycan təmsilçisi “Qarabağ”la birgə yer alan İngiltərə çempionu “Çelsi” siyahıda üçüncüdür. London komandasına 614,4 milyon avro qiymət qoyulub.

 

Ağdam klubu isə 17,2 milyon avroluq heyətlə 31-ci yerdədir. Azərbaycan çempionu yalnız 13,9 milyonluq Sloveniya “Maribor”unu qabaqlayır. Kiprin APOEL komandası isə 30-cu pillədədir - 18,5 milyon avro.

 

Türkiyə təmsilçisi “Beşiktaş” 126,1 milyon avroluq heyətlə 21-cidir. İstanbul təmsilçisinin G qrupundakı rəqibləri Fransa “Monako”su 252,9 milyon, Almaniyanın “Leyptsiq” komandası 189 milyon, Portuqaliyanın “Portu” kollektivi isə 176,4 milyon avroluq heyətə sahibdi.

 

ÇL-də mübarizə aparacaq 32 komandanın futbolçuları arasında ən yüksək bazar qiyməti olan “Barselona”nın kapitanı Lionel Messidir. Argentinalının dəyəri 120 milyon avrodur.

 

Bu isə o deməkdir ki, 30 yaşlı hücumçu qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək 11 klubun ümumi dəyərini kölgədə qoyur. İkinci sıradakı “Real”ın futbolçusu Kriştianu Ronaldunun qiyməti isə 100 milyon avro təşkil edir. 

 

2017/18 mövsümünün 8 qrupunun ümumi dəyəri aşağıda kimidi:

A qrupu: "Benfika" (Portuqaliya), "Mançester Yunayted" (İngiltərə), "Bazel" (İsveçrə), MOİK (Rusiya) - 860,4 milyon avro

 

B qrupu: "Bavariya" (Almaniya), PSJ (Fransa), "Anderlext" (Belçika), "Seltik" (Şotlandiya) - 1,25 milyard avro

 

C qrupu: "Çelsi" (İngiltərə), "Atletiko" (İspaniya), "Roma" (İtaliya), "Qarabağ" (AZƏRBAYCAN) - 1,46 milyard avro

 

D qrupu: "Yuventus" (İtaliya), "Barselona" (İspaniya), "Olimpiakos" (Yunanıstan), "Sportinq" (Portuqaliya) - 1,47 milyard avro

 

E qrupu: "Spartak" (Rusiya), "Sevilya" (İspaniya), "Liverpul" (İngiltərə), "Maribor" (Sloveniya) - 800,6 milyon avro

 

F qrupu: "Şaxtyor" (Ukrayna), "Mançester Siti" (İngiltərə), "Napoli" (İtaliya), "Feyenoord" (Hollandiya) - 1,13 milyard avro

 

G qrupu: "Monako" (Fransa), "Portu" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Leyptsiq" (Almaniya) - 744 milyon avro

 

H qrupu: "Real Madrid" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Tottenhem" (İngiltərə), APOEL (Kipr) - 1,64 milyard avro

Tarix: 12 Sentyabr 11:48    Oxunub: 157    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.