"AZE Nakhchivan” adlı futbol klubu yaradıldı.

Almaniyanın Köln şəhərində “AZE Nakhchivan” SK adlı futbol klubu yaradılıb. Sportinfo.az xəbər verir ki, komanda Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə təşkil edilib.


Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi blokadada olan, tarixi və coğrafi zənginlikləri ilə bilinən Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasının Avropada tanıdılmasıdır.

 

Diqqəti bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına Avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda professional futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdi.

 

Klubun 10.09.2017-ci ildə keçirilən iclasında JugendSport Köln-96 (Gənclərbirliyi) klubunun baş direktoru, alman vətəndaşı, futbol mütəxxəsisi Aydın Karaca “AZE Nakhchivan” SK futbol klubunun rəhbəri, “DSK” futbol klubunun baş məşqçisi Serdar Demir klubun icraçı direktoru, klubun rəhbərinin müavini Nana İzak (Qanalı futbol mütəxxəsisi), Erkan Çelik isə maliyyə məsələlərindən məsul şəxs, Araz Naxçıvan futbol klubunun baş direktoru Ceyhun Məmmədov Azərbaycan üzrə əlaqələndirici seçilib.


Ancaq klubun daha bir uğuru isə artıq kluba aid stadionların, futbol üçün geniş imkanlarının olmasıdı. Belə ki, klubun artıq 1 yaşıl, 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyət göstərir.

 

Bütün bunlar Köln Bələdiyyəsinə aid olsa da klub bütün görüş, təlim məşqlərini burada edəcək. İclasda eyni zamanda klubun nizamnaməsi, fəaliyyət proqramı, loqosu qəbul olunub və yaxınlarda klubun təqdimat mərasiminin keçirilməsi qərarlaşdırılıb.

 

Klubun 9, 13, 18 yaşlılardan ibarət qurulması planlaşdırılıb. Klubun yaradılması ilə bağlı rəsmi sənədlər bir neçə gün içərisində Almaniya Federativ Respublikasının ədliyyə orqanlarına habelə Alman Futbol Federasiyasından qeydiyyatdan keçməsi üçün də müraciət olunacaq.


Bundan başqa nəzərinizə çatdıraq ki, klub amatör xarakter daşımır, yaxınlarda çempionatda iştirak etməsi üçün rəsmi müraciət olunacaq.

Tarix: 12 Sentyabr 11:00    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.