"Çelsi"nin baş məşqçisi: "İndi yersiz risk etmək lazım deyil”

“Çelsi”nin bir neçə futbolçusu Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turunda “Qarabağ”la oyunda meydana çıxmayacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Antonio Konte bildirib. 48 yaşlı italiyalı mütəxəssisin sözlərinə görə, ingiltərəli orta xətt oyunçusu Denni Drinkuoter zədə üzündən meydana çıxa bilməyəcək.

 

Zədəsini yenicə sağaldan belçikalı yarımmüdafiəçi Eden Azar isə “11-lik”də yer almayacaq: “Drinkuoterin əzələsində problem var. Ona görə, kənarda qalacaq. Azar oynamağa hazırdı. Lakin belçikalı futbolçu ilə bağlı yersiz risk etmək lazım deyil”.

 

Konte Premyer Liqanın ilk turunda 3 qol vuran və 2 məhsuldar ötürmə edən Alvaro Moratanın da durumuna aydınlıq gətirib. O, ispaniyalı hücumçuya istirahət verməyi düşündüyünü söyləyib: “Morata yaxşı oyunçudur və hazırlıq səviyyəsində irəliləyiş var. Sadəcə olaraq ötən mövsüm az oyunda iştirak edib”.

 

"Çelsi" sentyabrın 17-də İngiltərə Premyer Liqası matçında "Arsenal"la üz-üzə gələcək. Moratanın məhz bu səbəbdən "Qarabağ"la oyundan kənarda qalacağı bildirlir. Əvəzində mərkəz hücumçusu mövqeyində Mişi Badşuayinin çıxış edəcəyi gözlənilir. Bu gün keçiriləcək görüş saat 22:45-də start götürəcək.

Tarix: 12 Sentyabr 10:48    Oxunub: 63    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.