"Etiraz etməyəcəyik, ancaq təzminat istəmək haqqına sahibik”

FİFA-nın ciddi hakim səhvləriylə yadda qalan DÇ-2018-in seçmə mərhələsinin Afrika zonasında keçirilmiş CAR - Seneqal matçının (2:1) yenidən keçirilməsiylə bağlı qərar verməsi barədə məlumat vermişdik.

 

Sportinfo.az xəbər verir ki, CAR Futbol Federasiyası dünyanın ali futbol qurumunun bu qərarına etiraz etmədiklərini açıqlayıb. Lakin federasiyadan edilən açıqlamada FİFA-dan onlara dəymiş maddi ziyana görə təzminat tələb edə biləcəkləri qeyd edilib:

 

“Seneqalı 2:1 hesbaıyla məğlub etdiyimiz görüşün nəticəsinin ləğv edilməsinə etiraz etməyəcəyik. Ancaq FİFA-dan təzminat tələb etmə haqqına sahibik”.

 

Açıqlamada həmçinin, sözügedən hakimin 2010-cu ildə Afrika Çempionlar Liqasının yarımfinalında əllə vurulan qolu qeydə aldığı xatırlanaraq, həmin referiyə təyinat verdiyinə görə bütün məsuliyyəti FİFA-nın daşıdığı da əlavə edilib. 

Tarix: 12 Sentyabr 16:48    Oxunub: 123    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.