VİDEO - "NTV Spor"da "Çelsi" - "Qarabağ" matçından nə dedilər?

Türkiyənin məşhur "NTV Spor" telekanalında Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda keçiriləcək "Çelsi" - "Qarabağ" oyunu müzakirə edilib.

 

Sportinfo.az xəbər verir ki, Emek Ege və Mert Aydının aparıcıq etdiyi verilişdə Ağdam klubunun tarixi matça çıxacağı bildirilib. "Qarabağ"ın "Çelsi" ilə görüşdə xal qazanmaq şansının çox az olduğu vurğulanıb.

 

Bundan başqa, Qurban Qurbanovun komandasının yer aldığı qrupda üçüncü səbətdən "Roma" kimi bir klubun düşməsinin şanssızlıq olduğu qeyd edilib.

 

Buna baxmayaraq, "Qarabağ"ın yaxşı oynayacağı təqdirdə, xal qazana biləcəyi ehtimal olunub. "Qarabağ"ın öz meydanın oynayacağı üç matçdan ikisində heç-heçə edəcəyi təqdirdə, bunun klub üçün uğurlu nəticə olacağı vurğulanıb.

Tarix: 12 Sentyabr 16:36    Oxunub: 271    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.