"Qarabağ" Avropadan nə qədər qazanıb və qazana bilər?

Ötən qarşılaşmalarda "Qarabağ" topla davranmağı, onu idarə etməsi ilə orta Avropa səviyyəsinə yaxınlaşdığını əyani nümayiş etdirdi. İstər "Kopenhagen", istərsə də ondan əvvəlki rəqiblərlə - "Samtredia" və "Şerif"lə oyunlarda məhz bu cəhəti ilə Ağdam təmsilçisi yekun qələbələr qazana bildi. Amma artıq Çempionlar Liqası üçün bu səviyyə də yetərli deyil. 

 

Hətta ölkə çempionatının son turunda "Qəbələ" ilə oyunun da göstərdiyi kimi, müdafiədəki qarmaqarışıqlıq, yeknəsəqlik, orta xətdəki lidersizlik, ön xətdə yetərsizlik komandanı büdrədə biləcək çatışmazlıqlardı.

 

Rəqiblər də bunu görəcək, amma bir o qədər də diqqət etməyəcək. "Qarabağ" da məhz inadı ilə bunu fürsətə çevirə bilər. Bu isə adi fürsət deyil - Azərbaycan futbolunun Avropaya açılan qapısıdı. Çünki yaxın 4 ay ərzində futbolumuz, həm də qrupunda heç də pis çıxış etməyən millimiz diqqət mərkəzində olacaq. Futbolumuz üçün şans bu hesabatla başlanır. Onu dəyərləndirək.


UEFA 2017-18-ci illər mövsümündə Çempionlar Liqasında çıxış edən klublar üçün ayırdığı mükafatların məbləğini açıqlayıb. Cəmi 1,3 milyard avro vəsait ayrılacaq. Bu mövsüm təşkilatın ümumi qitəmiqyaslı klub yarışlarından gəlirinin isə 2,35 milyard avro olacağı gözlənilir.


Çempionlar liqasının qrup mərhələsinə vəsiqə əldə edən hər bir kluba, o cümlədən "Qarabağ"a 12,7 milyon avro ödəniləcək. Hər oyunda qələbənin 1,5 milyon, heç-heçənin isə 500 min avro dəyəri var. 1/8 finala adlayan klubun büdcəsinə daha 6 milyon, 1/4 finala çıxanın 6,5 milyon, yarımfinal iştirakçısının 7,5 milyon, finalçının 11 milyon, qalibin isə 15,5 milyon avro daxil olacaq. Beləliklə, əvvəldən axıra qədər itkisiz irəliləyən klubun 57,2 milyon avro qazanmaq şansı var.


Seçmə mərhələlərin iştirakçısı olmuş komandalar üçün ayrılmış məbləğdən "Qarabağ"ın payına 2-ci təsnifatdan 320 min, 3-cüdən 420 min avro da düşəcək.


Çempionlar liqası. Qrup mərhələsinin təqvimi
"C" qrupu - “Qarabağ” (Azərbaycan), “Çelsi” (İngiltərə), “Roma” (İtaliya), “Atletiko”Madrid (İspaniya)
1-ci tur    12 sentyabr (çərşənbə axşamı)
“Roma” – “Atletiko”
“Çelsi” - “Qarabağ”

 

2-ci tur    27 sentyabr (çərşənbə)
“Qarabağ” – “Roma”
“Atletiko” – “Çelsi”

 

3-cü tur    18 oktyabr (çərşənbə)
“Qarabağ” – “Atletiko”
“Çelsi” – “Roma”

 

4-cü tur    31 oktyabr (çərşənbə axşamı)
“Roma” – “Çelsi”
“Atletiko” – “Qarabağ”
 
5-ci tur    22 noyabr (çərşənbə)
“Qarabağ” - “Çelsi” 
“Atletiko” - “Roma”
 
6-cı tur    5 dekabr (çərşənbə axşamı)

“Roma” – “Qarabağ”
“Çelsi” – “Atletiko”

1/8 final
Püşk: 11 dekabr

İlk oyunlar: 13-14 və 20-21 fevral
Cavab görüşləri: 6-7 və 13-14 mart


1/4 final
Püşk: 16 mart

İlk oyunlar:  3-4 aprel
Cavab görüşləri: 10-11 aprel

 

1/2 final
Püşk: 13 aprel

İlk oyunlar: 24-25 aprel
Cavab görüşləri: 1/2 may


Final
26 may. Kiyev. "NSK Olimpiyski" stadionu.

 

SPORTİNFO.AZ

Tarix: 12 Sentyabr 16:24    Oxunub: 361    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.