"Deyinməyə və başqalarını günahlandırmağa davammı edirsiz?”

“Marsel”in müdafiəçisi Patris Evra təqdirəlayiq hərəkətlə diqqət mərkəzinə düşüb. Sportinfo.az xəbər verir ki, fransalı futbolçu Marseldə evsizlərə qida yardımı edib.

 

O, şəhərin küçələrində gəzərək, yardıma möhtac şəxslərə şəxsən özü kömək edib. Sosial şəbəkədəki hesabında həmin anların videosunu yerləşdirən Evra, paylaşıma bu sözləri əlavə edib:

 

“Marseldə bazar ertəsinin zövqünü yaşayıram. Gəzintinin məni kədərləndirən tərəfi isə 30 dəqiqədən az bir müddətdə 12 evsizlə qarşılaşmağım oldu.

 

Bəs siz bu gün nə etmisiz? Kiməsə kömək etmisizmi? Yoxsa deyinməyə və başqalarını günahlandırmağa davammı edirsiz?”.

 

Tarix: 12 Sentyabr 16:12    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.