“Qarabağ” üçün Londona ünlü isimlərdən kimlər gedib?

“Çelsi” rəhbərliyi tərəfindən qonaq azərkeşlərə ayrılan 354 biletin hamısı satılıb. Sportinfo.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və AFFA-nın baş katibi Elxan Məmmədov komandamıza dəstək olmaq üçün oyunu stadiondan izləyəcəklər.

 

“Qarabağ”ı dəstəkləmək üçün Bakıdan Londona “İmarət Tayfa” azad azarkeş qrupunun üzvləri, Avropanın digər ölkələrindən “İmarət Avropa” (“Imaret Europe”) üzvləri və İngiltərədəki azərbaycanlı futbol azarkeşləri yollanıblar.

 

Həmçinin əməkdar artist Bəhram Bağırzadə də Londondadır. O, “Qarabağ”-“Çelsi” matçının keçiriləcəyi meydandan foto da paylaşıb.

Tarix: 12 Sentyabr 15:48    Oxunub: 475    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.