“Monako”nun azarkeşləri “Beşiktaş” səfərinə aparılmayacaq

“Monako” Çempionlar Liqasının qrup mərhələsində səfərdə “Beşiktaş”a qarşı keçirəcəyi oyuna azarkeş aparmayacaq.

 

Sportinfo.az xəbər verir ki, bu barədə "knyazlıq təmsilçisi"nin rəsmi “Twitter” səhifəsi vasitəsilə verilən açıqlamada bildirilir. 


 “Beşiktaş” – “Monako” matçı noyabrın 1-də keçiriləcək. Qeyd olunur ki, Milli Xuliqanlıqla Mübarizə Birliyinin (DNLH) tövsiyəsi əsasında bu cür qərar qəbul olunub.

 

“Monako” azarkeşlər arasında mümkün qarşıdurmanı önləmək üçün bu addımı atıb. Bu səbəbdən İstanbulda “Vodafone Park” stadionunda baş tutacaq görüş üçün bilet satışı təşkil edilməyəcək.

Tarix: 12 Sentyabr 15:24    Oxunub: 82    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.