Azərbaycanlı dünya çempionu öldürüldü – FOTO

Rusiyada milli diasporlarımızdan birinin rəhbəri, kikboks üzrə dünya çempionu Ramil Caniyev güllələnib.

 

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiyanın znak.com saytına istintaq idarəsinin Kurçatov rayonu üzrə istintaq şöbəsinin rəhbəri Yevgeni Mitroxin məlumat verib.

 

İstintaq zamanı məlum olub ki, qatil Caniyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.

 

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 25 yaşlı R.Caniyevi xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb.

 

Hadisənin münaqişə zəminində baş verdiyi iddia edilir. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov axtarılır.

 

Kikboksinq üzrə beynəlxalq dərəcəli hakim olan olan Ramil Caniyev 2015-ci ildə dünya çempionu olub.

Tarix: 12 Sentyabr 15:00    Oxunub: 146    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.