"Tənqid edilərkən məyus oluram? Yox, heç vaxt"

“Real”ın futbolçusu Qaret Beyl mətbuata müsahibə verib. Sportinfo.az xəbər verir ki, Beyl tənqidlərə münasibətindən, Zinəddin Zidanın xarakterindən danışıb.

 

O, özünün ən böyük nöqsanını da açıqlayıb: “Zidanda nə xoşuma gəlir? O, çox sakitdi. Futbolu həqiqətən də sevir. Zidan kameralar qarşısında necədisə, real həyatda da elədi.

 

O, istəyir ki, biz hücumda olduqca effektli olaq. Ancaq rəqib hücum edərkən bütün komanda müdafiə olunmalıdı. Zidan müdafiə olunan zaman futbolçuların bir-birini sığortalamasını istəyir.

 

Tənqid edilərkən məyus oluram? Yox, heç vaxt. Bu, sadəcə, mövqedi. Qəzetlər nəyinsə hesabına satılmalıdı. Ona görə də, onlar nəsə yazmalıdılar. İnsanların mənim barəmdə pis və yaxşı yazmalarına alışmışam.

 

Buna görə həyəcanlanmıram. Mənim ən böyük nöqsanım? Mən çox tənbələm. Buyurun, bu, ən yaxşı cavabdı”.

Tarix: 12 Sentyabr 14:24    Oxunub: 60    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.