"Heç vaxt hakim ədalətsizliyi barədə danışmamışam, bu dəfə..."

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında üçüncü olan Azərbaycanın sərbəst güləş yığması Bakıya qayıdıb.

 

Sportinfo.az xəbər verir ki, pəhləvanları Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb.


Yarış təəssüratlarını media nümayəndələri ilə bölüşən millinin böyük məşqçisi Əsgərxan Novruzov qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib: "Dörd finalçımız vardı. Ancaq onlardan biri çempion oldu. Digərləri son saniyələrdə qələbəni əldən verdilər.

 

Heç vaxt hakim ədalətsizliyi barədə danışmamışam. Ancaq bu dəfə həqiqətən 58 kq çəki dərəcəsinin finalında hakim ədalətsizliyi ilə üzləşdik. Çempionların sayı artıq ola bilərdi. Komanda hesabında üçüncü yeri tutduq. Ümumi nəticəni qənaətbəxş saymaq olar".


Çempionata böyüklərdən ibarət yığma ilə birgə təlim-məşq toplanışlarında hazırlaşdıqlarını deyən Ə.Novruzov növbəti hədəflərinin 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq olduğunu bildirib.


Çempionluq sevincini bölüşən Əlihəsən Əmirli növbəti hədəfinin yeniyetmələrin olimpiadasını qalib kimi başa vurmaqdan ibarət olduğunu bildirib: "Sevinirəm ki, Vətənimizin bayrağını qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək olimpiadada qalib olmaqdır".

 

Dünya çempionatında Əlihəsən Əmirli (42 kq) qızıl, Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə Hacımurad Hacıyev (63 kq) əldə edib.

 

Ümumilikdə isə Azərbaycanın güləş yığmaları dünya çempionatını 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala qazanılıb.  

Tarix: 12 Sentyabr 14:00    Oxunub: 140    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.