"Mən onlara nifrət edirdim"

“Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Mançester Yunayted”in keçmiş futbolçuları Rio Ferdinandla Qari Nevillə münasibəti barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Cerrard bu futbolçulara münasibətinin yaxşı olmadığını bildirib. O, keçmiş rəqiblərinə qarşı isti münasibətinin karyerasını bitirdikdən sonra yarandığını vurğulayıb:

 

“Nə vaxt ki, tribunanın altındakı məkanda Ferdinand və Nevillə qarşı dayanırsan, onda hər şeyi etmək istəyirsən ki, onlara qalib gələsən. Hiss edirsən ki, onlara nifrət edirsən. Bəli, məndə də belə hiss olub.

 

İngiltərə yığmasının düşərgəsində olduğumuz vaxt yalandan özümü elə göstərirdim ki, guya onlardan xoşum gəlir. Əsl dostluq isə karyeran başa çatandan sonra başlayır.

 

Hazırda Ferdinanda hörmətdən başqa heç bir hissim yoxdu. İndi mən onunla birgə telekanalda işləməkdən zövq alıram”.

Tarix: 12 Sentyabr 09:36    Oxunub: 157    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.