Zaur Axundovun seçdiyi könülsüz xanımlar - FOTO

"İnter"in ekstravaqant idarəçiliynin ortaya çıxardığı əcaib nəticələr davam eləməkdədi. Yenə oyuna məcburən dəvət olunanlar var. Onlar stadiona girişdə şəxsiyyət vəsiqəsini göstərib, xüsusi təyin olunmuş adamların "qeydiyyatından keçərək" arenaya daxil olurlar.
 
Bu üsul, ikinci ev oyunudu ki, tətbiq edilir. Bu dəfə çox zəif oldu.
 
Görünür, "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov ilk cəhddə dozanın artıq olmasının fərqinə varıb. Onda həddən artıq "azarkeş" var idi. Məzəli görünürdü. Stadion doludur, ancaq hamı harasa tələsir, fikri-zikri oyunda yox, evində, işində, hər harasındadırsa...
 
Bu dəfə (“Kəpəz”lə matçda) "iz azdırmaq" üçün daha az "azarkeş" cəlb olunmuşdu. Ancaq kolorit məqam yenə vardı.
 
Deməli, hardasa, 20-30 nəfər 30-40 yaşlarında qadın tribuna kandarında dayanmışdı. Onlar da məcbur gətirilənlərdən idi. Tribunaya keçib əyləşmir, yaxud meydançaya tərəf belə boylanmırdılar. Bir-biriylə söhbətləşən bu qadınlar bir neçə dəqiqə yola verib, evinə getmək istəyənə oxşayırdılar. Elə də oldu. Oyunun 15-20 dəqiqəsindən sonra həmin "azarkeş qrupu" stadiondan getdi.
 
Belə olmaz. Bu üsul yanaşmadan imtina eləmək lazımdır. Onsuz "İnter"in tribunaları heç vaxt dolmayıb. Süni iş isə dərhal sezilir və bəzən gülməli, ikrah hiss oyadır.
 
O qadınlar işdən çıxıb, evinə gedib, biş-düş eləməlidir, uşaqlarını səhmana salmalıdır, sabahkı iş gününə hazırlaşmalıdır. Niyə onları stadiona məcbur gətirdirsiz?
 
Nə olsun Nizami rayonu nəzdindəki idarələrdə çalışırlar və sizin onları stadiona zorla gətirmək imkanınız var...?!
 
İnanırıq ki, bu cür işlərlə deyil, Nizami Haciyevin niyə oynamaması, baş məşqçi Svanadzenin ona əsəbləşməyi ilə maraqlanarsız. Məvacib problemlərinin klub və komandadaxili hansı çatışmazlıqların əmələ gətirdiyini müəyyənləşdirib, aradan qaldırarsız. Zorən, ya da makiyajlı iş ayaq tutsa da, yeriməz, möhtərəm Axundov (futbolpress.az).

Tarix: 12 Sentyabr 09:24    Oxunub: 523    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.