Direktor: "Hər hansı istefa barədə müzakirə aparılmadı"

“Milan” rəhbərliyi baş məşqçi Vinçentso Montella ilə yollarını ayırmağı düşünmür. Sportinfo.az xəbər verir ki, A seriyasının üçüncü turunda “Latsio”dan alınan böyükhesablı məğlubiyyət (1:4) fanatlar tərəfindən narazılıqla qarşılanıb.

 

Hətta Montellanın tezliklə istefaya göndəriləcəyi barədə xəbərlər də yayılmışdı. Lakin klub rəhbərliyi Montellanı dəstəkləyib.

 

Belə ki, “Milan”ın direktoru Marko Fassone 43 yaşlı mütəxəssislə söhbət zamanı hər hansı istefa barədə müzakirə aparılmadığını, məşqçiyə inamlarının sonsuz olduğunu qeyd edib. 

 

Bununla belə, klubun çinli sahibləri “Milan”ın “Latsio”dan alınan yenilginin əvəzini Avroliqanın qrup mərhələsinin ilk turunda “Austriya”ya qarşı keçiriləcək görüşdə çıxacağını düşünür.

Tarix: 12 Sentyabr 09:00    Oxunub: 79    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.