"Çoxlu pul qazanırsan, səninlə şəxsən özüm məşğul olacam"

“Bavaraiya”nın idarə heyətinin sədri Karl-Haynts Rummenigge komandanın hücumçusu Robert Levandovskini tənqid edib.

 

Sportinfo.az xəbər verir ki, Rummenigge Levandovskini işlətdiyi ifadələrə görə qınayıb. Polşalı hücumçu mətbuata verdiyi açıqlamada bildirmişdi ki, müasir futbolda pul və uğur vacibdi, komandanın loyallığı yox.

 

Levandovski “Bavariya”nın “Barselona” və PSJ kimi maliyyə cəhətdən varlı olmamasına təəssüfləndiyini bildirmişdi. Rummenigge futbolçuya belə cavab verib:

 

“Çox təəssüf ki, o, hər şeyi belə anlayır. Loyallıq “Bavariya”nın genidi. Bu, bizim azarkeşlər üçün çox vacib amildi. Bizim çoxdan ciddi və uğurlu fəlsəfəmiz var.

 

Mən Almaniyanın kansleri ilə razıyam, nəinki Levandovski ilə. Kansler deyib ki, futbolda bu qədər vəsaitin xərclənməsinin qarşısı alınmalıdı.

Yəqin ki, Roberti PSJ-in transferləri həyəcanlandırıb.

 

Ancaq o, “Bavariya”da oynayır və bunun üçün də çoxlu pul alır. Çox təəssüf edirəm ki, o, belə ifadələr işlədib.

 

Klubu, məşqçiləri, komanda yoldaşlarını açıq şəkildə tənqid edənlə şəxsən özüm məşğul olacam”.

Tarix: 12 Sentyabr 01:00    Oxunub: 192    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.