Gözəl “Qarabağ”ı “Stemford Bric”də tək buraxmadı – FOTOLAR

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində İngiltərədə qarşılaşacağı “Çelsi” ilə qarşılaşmaya hazırlığını yekunlaşdırıb.

 

Sportlinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin son məşqi oyunun keçiriləcəyi “Stemford Bric” stadionunda baş tutub və yerli vaxtla 18:45-də (Bakı vaxtıyla 21:45) start götürüb.

 

Futbolçularımız isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Son hazırlıq təxminən 1 saat davam edib.

 

Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl də artıq Londondadı. O, komandanın son məşqini stadiondan izləyib.

 

“Çelsi” - “Qarabağ” matçı bu gün - sentyabrın 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

 

Tarix: 12 Sentyabr 00:53    Oxunub: 245    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.