“Qarabağ”ın bir rəqibi digər rəqibinin futbolçusu ilə maraqlanır

“Roma” müdafiə xəttini gücləndirmək istəyir. Sportal.az xəbər verir ki, “canavarlar” “Atletiko”nun müdafiəçisi Xose Gimenez ilə maraqlanır.


Xatırladaq ki, gənc futbolçunun “Atletiko” ilə müqaviləsi mövsümün sonunda bitir. Madrid təmsilçisi bu mövsüm transfer qadağası səbəbilə 22 yaşlı oyunçuya yeni müqavilə təklif edə bilməmişdi.

 

Bildirilir ki, “Atletiko” mövsümün sonunda Gimenezə yeni müqavilə təklif edəcək, sazişə isə 65 milyon avroluq sərbəst qalma maddəsi əlavə olunacaq.

 

Əgər uruqvaylı müdafiəçi yeni müqavilə təklifini qəbul etməsə, onun “Roma”ya keçəcəyi gözlənilir.


Əlavə edək , “Qarabağ” Çempionlar Liqasında “Roma” və “Atletiko” ilə eyni qrupdan mübarizə aparacaq.

Tarix: 12 Sentyabr 00:46    Oxunub: 82    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.