Qurbanov: "Çelsi" ilə oyunda hücum etməkdən çəkinməyəcəyik"

“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndi".

 

Sportinfo.az xəbər verir ki, bunu sabah Çempionlar Liqasının qrup mərhələsinin ilk matçında Londonda "Çelsi" ilə qarşılaşacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib.


"Bilirik ki, ilk dəqiqələrdən rəqib bizi müdafəyə oturtmağa cəhd edəcək. Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.

 

Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa “Çelsi”ni təmsil edir. Antonio Konte çox ambisiyalı məşqçidi. İ

 

İnanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. "Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.

Tarix: 12 Sentyabr 00:24    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.