Fərid Nəbiyev 81 dəqiqə oynadı, “Slaviya” evdə 2:2 etdi

Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 7-ci turun oyunları keçirilib.

 

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.

 

Sözügedən komanda doğma meydanda “Hradeç”lə qarşılaşıb. Dörd qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.

 

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan U-19 millimizin kapitanı 81-ci dəqiqədə əvəzlənib. "Slaviya" geridə qalan turlarda 11 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 4-cüdü.

Tarix: 12 Sentyabr 00:16    Oxunub: 154    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.