"Mən transfer bazarında qəribə heç nə görmürəm. İndi hər kəs..."

Məşhur futbol agenti Mino Rayola Neymarın PSJ-yə transferi barədə danışıb. Sportinfo.az xəbər verir ki, Rayola transfer bazarındakı duruma da münasibət bildirib.

 

O, Neymarın PSJ-yə transferini Zinəddin Zidanın “Yuventus”dan “Real”a keçidi ilə müqayisə edib. Zidan 2001-ci ildə “Yuventus”dan “Real”a 75 milyon avro qarşılığında transfer edilmişdi:

 

“Mən transfer bazarında qəribə heç nə görmürəm. İndi hər kəs Neymarın PSJ-yə keçidindən danışır. Ancaq məsləhət görərdim ki, Zidanın “Real”a transferini xatırlayardılar. 

 

Bütün məqamları - sponsorları, infilyasiyanı nəzərə alsaq, bahalı transferlərdə qeyri-adi heç nə yoxdu. Onu da qeyd edim ki, “Barselona” Neymarın alınmasına da xeyli vəsait xərcləmişdi”.

Tarix: 12 Sentyabr 00:08    Oxunub: 124    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.