Azərbaycanda 4 klubun heyətində 50 qol vuran afrikalı

Premyer Liqanın 4-cü turu “Zirə”nin futbolçusu Viktor İqbekoyi üçün əlamətdar olub. Sportinfo.az xəbər verir ki, “Qəbələ” ilə səfər matçında hesabı açan nigeriyalı Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

 

Bu, Viktorun 50-ci qolu kimi tarixə düşüb. Afrikalı legioner “100”ü özünün 273-cü oyununda yarılayıb. İqbekoyi Azərbaycan çempionatlarında 50 və daha çox qol vuran 35-ci futbolçudu.

 

Onadək yalnız iki legioner bunu bacardığından nigeriyalı 3-cü əcnəbidir. Legionerlərdən yalnız gürcüstanlılar Badri Kvaratsxeliya və Georgi Adamiya Viktoru qabaqlayır.

 

2006/07 mövsümündən Azərbaycanda çıxış edən nigeriyalı 50 qolu 4 komandanın heyətində vurub. “Turan”da 16, “Qarabağ”da 6, AZAL-da 23 qol vuran afrikalı indiki klubunda 5-ci dəfə rəqib qapısına yol tapıb. “Qəbələ” – “Zirə” oyunu 1:1 hesabı ilə nəticələnib.

Tarix: 11 Sentyabr 18:12    Oxunub: 369    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.