"Aqrarkredit" "İnter"in bütün gəlir mənbələrini əlindən aldı

"İnter"i "İnter Arena"ya qaytaran "Aqrarkredit" klubun təhvil-təslim prosesini sürətləndirib. Bilirdiyimiz kimi, bank olmayan kredit təşkilatının təmsilçisi Tapdıq Osmanov Premyer Liqa təmsilçisinin baş direktoru vəzifəsinə gətirilib.

 

Dəyişikliyin davamı klubun əsas gəlir mənbələrindən məhrum edilməsidi. Belə ki, arenanın ərazisində fəaliyyət göstərən 4 ulduzlu otelin və idman kompleksinin icarə haqqından artıq "İnter"ə 1 qəpik də çatmır.

 

O cümlədən, digər iaşə obyektlərindən. Pul axan bütün "kanallar" sözügedən təşkilatın hesabına "birləşdirilib". Ümumiyyətlə, "ağ-göylər"in əsas meydançadan savayı, arenada heç nəyə dəxli qalmayıb (Sportinfo.az).

Tarix: 11 Sentyabr 16:24    Oxunub: 407    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.