Tərlan Əhmədov “Neftçi”yə yeni baş məşqçi təyin olundu - RƏSMİ

"Neftçi”nin əsas komandasına yeni baş məşqçi təyin olunub. Sportinfo.az-ın paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”a Tərlan Əhmədov rəhbərlik edəcək. 


45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb. T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq. 

 

Premyer Liqanın V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək. 

 

T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib.

 

45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komanda Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).

Tarix: 11 Sentyabr 14:48    Oxunub: 251    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.