"Belə bir şeyin baş verəcəyinə inanmırdıq" - “Teleqraf” “Qarabağ”dan yazdı

Britaniyanın məşhur “Teleqraf” nəşri sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə çempionu “Çelsi” ilə qarşılaşacaq “Qarabağ”la bağlı yazı hazırlayıb.

 

Sportinfo.az xəbər verir ki, məqalədə Ağdam klubunun müharibə zonasını təmsil etməsinə diqqət ayrılıb. Komandanın hazırda ÇL-in qrup mərhələsində oynaması siyası propaqanda müharibəsində yeni mərhələ kimi qeyd olunub.

 

Məşhur nəşr müharibə dövründə "Qarabağ"da çıxış edən futbolçuların da fikirlərinə yer verib. Müharibə başlayanda 18 yaşı olan Müşfiq Hüseynov həmin illəri belə xatırlayıb:

 

"Belə bir şeyin baş verəcəyinə inanmırdıq. Anidən həyatımız risk altına düşdü. Məşqə gedərkən, qayıdarkən, məşq zamanı, hətta oyunlar vaxtı mərmilər uçuşurdu.

 

Həmin dövrlərdə insanlar həmişəkindən daha cəlbedici futbol tələb edirdi. 10 min nəfərlik stadionda 15 min azarkeş olurdu. Müharibə zamanı "Qarabağ"ın oyunları böyük bir hadisəyə çevrilmişdi".

 

"Qarabağ"ın Ağdamda keçirdiyi son mövsümdəki kapitanı Şahid Həsənov həmin zaman heç vaxt ölümdən qorxmadıqlarını söyləyib:

 

"1992-ci ildə stadiona düşən mərmi çuxur yaratmışdı. Biz oynaya bilmək üçün onu doldurmaq məcbiriyyətində qladıq. Müharibə şəraitində olduğumuzu bilirdik.

 

Başımızın üstündən hər gün təyyarələr uçurdu. Amma biz ölümdən qorxmurduq. Ağdam evimiz idi və biz insanlar, döyüşçülər üçün futbol oynamalı idik. Bu, bizim borcumuz idi". 

 

"Teleqraf" "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun da fikirlərini öyrənib: "Bu klub Azərbaycan azarkeşləri üçün hər şeydi. Çünki işğal olunmuş torpaqları təmsil edir. "Qarabağ"ın son illərdə uğurları dünyanın diqqətini üzərinə çəkir".

 

Britaniyalı həmkarlarımız Ermənistanın "Birinci Erməni Cəbhəsi" adlanan azarkeş təşkilatının sözçüsü Arsen Zaqaryanı da danışdırıblar. O bildirib ki, "Qarabağ"ın Azərbaycan adına oynadığını görənlər bu ərazinin Ermənistanda olduğunu düşünməyəcəklər:

 

"İnsanlar "Qarabağ"ın Azərbaycanı təmsil etdiyini görürlər. Buna görə də onlar heç vaxt bu ərazinin Ermənistanın olduğunu düşünməyəcəklər. Bu, eynilə bir siyası layihə kimidi".

Tarix: 11 Sentyabr 13:24    Oxunub: 598    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.