Antonio Konte: "Qarabağ"la görüşü səbirsizliklə gözləyirik"

"Çempionlar Liqasında "Qarabağ"la oyunu səbirsizliklə gözləyirik. Mənim işim meydanda olacaqlar barədə düşünməkdir. Oyunçularımla çalışmaq əhəmiyyətlidi.

 

Ötən mövsümün əvvəli heç kim bizim ölkə çempionu olacağımızı düşünmürdü" - Sportinfo.az xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte klubun saytına deyib.

 

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 12-i "Qarabağ"ı qəbul edəcək. İtaliyalı mütəxəssis bildirib ki, onun üçün kiminsə favorit olub-olmadıqlarını haqda söylədikləri əhəmiyyətli deyil:

 

"Biz ancaq oyunlara köklənirik və həmişə ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışırıq. Böyük komandanın baş məşqçisi olan zaman səndən gözləntilər yüksək olur. Buna görə biz hər cür təzyiqə hazır olmalıyıq. Mənim təzyiq altında olmaqdan xoşum gəlir".

Tarix: 11 Sentyabr 12:36    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.