"Neftçi"nin Tərlan Əhmədovun qarşısına qoyduğu 1 İLLİK məqsəd

Tərlan Əhmədovun işsiz günləri bu gün başa çatır. 46 yaşlı mütəxəssis bir qədər sonra “Neftçi” ilə rəsmi müqavilə bağlayacaq.


Cari mövsümə Elxan Abdullayevlə başlayan “Neftçi” rəhbərliyi “Səbail”ə məğlubiyyətdən sonra millinin sabiq məşqçisi ilə yolları ayıraraq, bu postu müvəqqəti olaraq, əvəzedici heyətin çalışdırıcısı Elşad Əhmədova tapşırmışdı.

 

Lakin onun da gəlişi heç  nəyi dəyişmədi. "Kəpəz"lə evdə qolsuz bərabərə qaldılar, dünən isə səfərdə "Sumqayıt"a məğlub oldular. 


Tərlan Əhmədovla müqavilə mövsümün sonunadək nəzərdə tutulub. Daha dəqiq desək, anlaşma sürəci 1+1 ildi. Anlaşıldığı kimi, kontraktın ömrü əldə olunacaq nəticələrdən asılıdı.

 

Yeni sükançıdan istənilən isə komandaya avro-bilet qazandırmaqdı. Premyer Liqada ilk 3 pillədən biri və ya ölkə kuboku "Neftçi"ni xilas edə bilər. "Neftçi" rəhbərliyi söz verib ki, bu yolda nə lazımdısa, eləyəcək.

 

SPORTİNFO.AZ

Tarix: 11 Sentyabr 12:24    Oxunub: 604    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Sentyabr 2017
19 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.