"Şükür, "Neftçi" üzərində qələbə qazandıq": "Sumqayıt"dan VİDEO

Premyer Liqanın 4-cü turunda “Sumqayıt” evdə “Neftçi”ni 1:0 hesabıyla məğlub etdi. Sportinfo.az xəbər verir ki, matçdan sonra “kimyaçılar”ın yeganə qolunun müəllifi Amil Yunanov və müdafiəçisi Bəxtiyar Həsənalızadə klubun saytına açıqlama verib.

 

Amil Yunanov: “Çox çətin oyun oldu. Üzərimizdə məsuliyyət çox idi. Çünki ardıcıl iki oyunda - “Qəbələ” və “Zirə”yə uduzmuşduq. Həmin oyunlarda yaxşı çıxış etmişdik. Sadəcə, bəxtimiz gətirməmişdi. Bu oyunda qələbə qazanıb, azarkeşlərimizi sevindirməliydik. Şükür, qələbə qazandıq. Çalışacağıq, bundan sonrakı oyunlarda qələbələri sıralayaq. Çox yaxşı komandamız var. Bundan sonrakı oyunlarda da azarkeşlərimizi sevindirməyə çalışacağıq. Onlara da təşəkkür edirəm ki, ev oyunlarında bizi tək buraxmırlar”.

 

Bəxtiyar Həsənalızadə: “Vacib oyun idi. Bu matça çox ciddi, həftə boyu hazırlaşmışdıq. Nə edəcəyimizi yaxşı bilirdik. Uşaqlar baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdilər. Bunun da sayəsində qələbə qazandıq. Bu qələbə bizim üçün çox vacib idi. Növbəti oyunlarda da qələbə qazanıb, mövqeyimizi bir az da yaxşılaşdırmaq istəyirik”.

 

Tarix: 11 Sentyabr 11:00    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.