Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşdi

Boks üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının məşqçiləri müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, yığmanın yeni baş məşqçisi Leonid Layinskiyə Nəriman Abdullayev və Lazzaro Martines Ximenese kömək edəcək:

 

"Artıq ukraynalı məşqçi öz işinin icrasına başlayıb. Yanvarın 25-də ölkə çempionatı keçiriləcək. Fevralın 1-də isə artıq yığma komandanın toplanışı start götürəcək. Hazırlıqlar federasiyanın idman zalında olacaq".

 

Bir müddət əvvəl ukraynalı Leonid Layinski boks üzrə Azərbaycan yığmasına baş məşqçi təyin olunub. O, Pedro Roqu əvəzləyib.

Tarix: 19 Yanvar 10:24    Oxunub: 219    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Sentyabr 2017
22 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.