Sərdar Bağırov: "İstəsəm, "Şərurspor" bu gün Premyer Liqada oynayar"

"Mənim haqqımda gündə bir yalan xəbər yazdırırlar. Bilirəm bunlar hardan gəlir və hansı məqsədə qulluq edir" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un prezidenti Sərdar Bağırov deyib.


Ötən mövsümün ikinci dövrəsində AFFA tərəfindən I Diviziondan kənarlaşdırılan klubun rəhbəri barəsində yayılan son şayiələrə kəskin münasibət bildirib.


Söz-söhbət isə ondan ibarətdi ki, I Divizionun 2017/2018-ci illər mövsümündə qüvvəsini sınamağa hazırlaşan “Binə”yə onun nəzarət etdiyi iddia olunur. Xəbərdə bildirilir ki, klubun Gürcüstana təlim-məşq toplanışına yollanması heç də əbəs yerə deyilmiş.

 

“Binə”nin yoxlama matçlarından da qumar məqsədi ilə istifadə edilib. Söhbət son Gürcüstan çempionu “Samtredia” ilə oyundan gedir. Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab matçında səfərdə “Qarabağ”ın 1:0 hesabı ilə məğlub etdiyi “Samtredia”ya “Binə” 3 (!) cavabsız qol vurub!

 

Bunda başqa, Sərdar Bağırovun sponsoru olduğu söylənilən klub Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində Batumi “Dinamo”su ilə də iki dəfə qarşılaşıb. Maraqlıdı ki, yeni yaradılan klub gürcülərə hər iki görüşdə qalib gəlib – 4:0 (!) və 1:0.


S.Bağırov bu xəbərlərin mətbuata qəsdən ötürüldüyünü bildirib: "Burda məqsəd məni ləkələməkdi. Keçən dəfə də çox cəhd etdilər, heç nəyə nail olmadılar. Görünür, fikirlərində yalnız mənəm, başqa iş-gücləri yoxdu. Bu xəbərləri yazan jurnalistləri şəxsən tanımıram.

 

Ancaq dəqiq btlirəm ki, onların havadarları var. Bəsdi, sifariş yerinə yetirdilər! Mən məhkəməyə müraciət etmək hüququmu özümdə saxlayıram. Hər an hüquq-mühafizə və ədliyyə orqanlaarına şikayət eləyə bilərəm. Yığışdırsınlar özlərini! Bütün bu pisliklər özlərinə qalacaq. Jurnalist onun-bunun sözüylə kimisə ləkələməz!

 

Fakt varsa, qoysunlar ortaya. Bəzi mətbuat orqanlarının vasitəsilə üstümə şər atmağa çalışanların iç-üzünün açılmasına çox az qalıb. İndi nə qədər bacarırlar, pul yığsınlar, futbola acan vəsaiti çapıb-talasınlar. Onsuz da, 2019-cu ildə futbolda olmayacaqlar.

 

Qoy, bacardıqları qədər pul yığsınlar ki, 1-2 il sonra "dəmir barmaqlıqlar" arxasına yollananda onlara lazım olacaq. Evdə pay-püşt, yemək hazırlatdırıb həbsxanaya gətirtmək üçün. Dəvədən böyük fil var! Bir də deyirəm, dəvədən böyük fil var! Və bir də deyirəm, dəvədən böyük fil var!

 

AFFA-da oturan həmin insanlar elə düşünməsin ki, hər şey onların əlindədi və nə istəsələr, eləyə bilərlər. "Binə"nin mənə heç bir aidiyyatı yoxdu. Bu klubu kim yaradıb, harda oynayır, rəhbərliyi və məşqçiləri kimdi, heç birini tanımıram.

 

Mətbuatdan oxumuşam ki, "Binə" adlı klub yaranıb və divizionda oynamaq istəyir. "Binə"nin Gürcüstanda toplanış keçməsindən də məlumatsız idim. İndi bu komandada "Şərurspor"un 2-3 futbolçu oynayırsa, o deməkdi ki, sponsoru mənəm.

 

Mənim "Şərurspor" adlı öz klubum var. İkinci bir klub yaratmağa qətiyyən ehttyacım yoxdu. İstəsəm, "Şərurspor" bu gün Premyer Liqada oynayar. AFFA-dakılar elə bilməsin ki, hər şeyə yalnız onların gücü çatır. Təki mən istəyim, "Şərurspor" sabah çempionatda olacaq. Bu sözü deyirəm və üstündə də dayanıram". 

Tarix: 10 Sentyabr 20:12    Oxunub: 871    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.