Azərbaycanın yeniyetmə güləşçiləri DÇ-da daha 4 medal qazandı

Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempiotında Azərbaycan güləşçiləri daha 4 medal qazanıb. Sportinfo.az xəbər verir ki, sərbəst güləşçilərin 5 çəki dərəcəsi üzrə final görüşləri bu gün keçirilib.

 

Onlardan 4-ü Azərbaycan pəhləvanlarınının iştirakı ilə olub. 42 kq çəki dərəcəsində mübarizə aparan Əlihəsən Əmirli həlledici qarşılaşmada özbəkistanlı Umidjon Jalolovu 1:0 hesabı ilə yenərək, qızıl medala sahib olub.

 

Əvəzində Mahir Məmmədzadə (50 kq) finalda rusiyalı Fyodor Boltuyevə 7:9, Turan Bayramov (58 kq) yaponiyalı Ryuto Sakakiyə 2:3, Davud İbrahimov (69 kq) isə ABŞ təmsilçisi Uilyam Frensis Levana 1:3 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.


Daha 5 çəki dərəcəsində qüvvəsini sınayan Azərbaycan güləşçilərindən heç biri finala yüksələ bilməyib. Əvvəlki yarış günlərində yunan-Roma güləşçiləri 1 qızıl, 2 gümüş, qadın güləşçilər 1 qızıl, 1 bürünc medala yiyələnib.

Tarix: 10 Sentyabr 14:04    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.