Azərbaycanın qadın güləşçisi dünya çempionatının bürünc medalını qazandı

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. Sportinfo.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub.

 

Güləşçilərimiz 2 çəkidə mübarizə aparıb.40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə Gürcüstan təmsilçisindən üstün olsa da, yarımfinalda Bolqarıstan idmançısına uduzub.

 

Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici qarşılaşmada rəqibi Ukrayna təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz çempionatın bürünc medalını qazanıb.

 

40 kq
Bürünc medal görüşü - Amina Ponomarova (UKR) - Ayşən Yusifova 4:7
1/2 final - Ayşən Yusifova - Petya Zarkova Delçeva (BUL) 2:4
1/4 final - Ayşən Yusifova - Mariam Karelidze (GEO) 2:0 (tuşe, 63 san.)
 

46 kq
1/8 final - Aynur Camalova - Anastasiya Yanotova (BLR) 1:8
1/16 final - Guzal İslomova (UZB) - Aynur Camalova 2:6 (tuşe).

Tarix: 9 Sentyabr 00:08    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.