Azərbaycanın qadın çempionu

Yunanıstanın paytaxtı Afinada keçirilən yeniyetmələr arasında dünya çempionatında Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, qadın güləşi üzrə 38 kq çəki dərəcəsində yer alan Şahanə Nəzərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


O, ilk görüşdə yaponiyalı Karin Uematsunu 84 saniyəyə, yarımfinalda rusiyalı Luçana Bekbaulovanı 65 saniyəyə yenib. Finalda isə ukraynalı Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.

 

Daha əvvəl yunan-Roma güləşçilərindən Qurban Qurbanov (42 kq) qızıl, Nihad Məmmədli (46 kq) və Zaur Əliyev (50 kq) gümüş medal əldə edib. 

Tarix: 8 Sentyabr 01:00    Oxunub: 104    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.