Yeni yaranan klub Premyer Liqada çıxış etmək məqsədilə...

Yeni mövsümdən Ii Divizionda mübarizə aparmağa hazırlaşan “Göyçə”nin inkişaf trayektoriyasını müəyyən edən 4 illik konsepsiyası açıqlanıb. Sportinfo.az sizi həmin konsepsiya ilə tanış edir:

 

1-ci il
Məqsəd: 2017/18 mövsümündə Birinci Divizionda çıxış etmək. Komandaya təcrübəli futbolçular cəlb etmək. Çempion olub, növbəti mövsümdə Topaz Premyer Liqasına vəsiqə qazanmaq. Bu il “Göyçə” futbol akademiyasının bir neçə yaş qrupu üzrə komandalar formalaşdırmaq.

 

2-ci il
Məqsəd: 2018/19 mövsümündə Topaz Premyer Liqasında çıxış etmək. Bacardıqca yüksək yerlər uğrunda mübarizə aparmaq, növbəti mövsüm üçün komandaya daha bacarıqlı futbolçular cəlb etmək. “Göyçə” futbol akademiyasının bütün yaş qruplarının komandalarını formalaşdırmaq (9-19 yaş).

 

3-cü il
Məqsəd: 2019/20 mövsümündə Topaz Premyer Liqasında çıxış etmək. Yüksək yerlərdən birini tutmaq və avrokubok yarışlarında iştirak etmək. “Göyçə” futbol akademiyasının inkişafı üçün xüsusi tədbirlər görmək. Klub bu il Azərbaycan milli komandalarının birinə minimum 1 futbolçu təqdim etməlidi.

 

4-cü il
Məqsəd: 2020/21 mövsümündə Topaz Premyer Liqasında çempionluğa oynamaq. Avrokuboklarda bir neçə mərhələ keçmək. Klub bu il Azərbaycan milli komandalarının birinə minimum 3 futbolçu təqdim etməlidi.
 

Tarix: 7 Sentyabr 20:36    Oxunub: 1329    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.