Bu kanal I Divizionu yayımlamaqdan imtina etdi

I Divizionun oyunları ARB kanalı vasitəsi ilə yayımlanmayacaq. Sportinfo.az xəbər verir ki, ARB Media Qrupun Strateji inkişaf, Marketinq və Media Direktoru İsmayıl Həsənov oxu.az-a bildirib ki, bu barədə mətbuatda yayılan məlumatlar əsassızdı.

 

“Ölkəmizdə 2  idman kanalı var və onlarda öz sahələri üzrə kifayət qədər uğurlu iş aparırlar. Yayılan məlumatlar tamami ilə yanlışdı.

 

ARB Media Qrup olaraq  I divizionunun oyunlarının yayımı ilə bağlı nə AFFA ilə, nədə ki, PFL-ilə heç bir danışıq aparmışıq.

 

İdman oyunlarının yayımı nə bizim yayım konsepsiyamıza uyğundur, nə ki, hazırki texniki imkanlarımıza. Yaxın gələcək üçündə bu kimi planlarımız yoxdu.

 

ARB TV olaraq yeni mövsümdə də xəbər, veriliş, serial, film və s. bunu kimi teleməhsullar ilə tamaşaçılarımızın qarşısına gələcəyik”.

Tarix: 4 Sentyabr 19:00    Oxunub: 572    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.