"Baş məşqçi öz işini davam etdirir, çıxarmağa hazırlaşmırıq"

"Sumqayıt"ın əvəzediciləri yeni mövsümə bərbad start verib. İlk turda "Kəpəz"lə evdə bərabərə qalan (2:2) "kimyaçılar" Qəbələ və Zirə səfərindən biabırçı göstəricilərlə dönüb. Müvafiq olaraq, 1:9 və 0:5 hesablarıyla.

 

3 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan Elbrus Məmmədovun komandası haqda mətbuatda yeni məlumatlar yayılıb. Onlara inansaq, klub rəhbərliyi baş məşqçini 500 manat cərimələyib. Nəticələr düzəlməsə, onun vəzifədən azad olunacağı bildirilir.


"Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov Sportinfo.az-a açılamasında deyilənləri yalanlayıb: "Rəhbərlik olaraq 1 nəfəri cəriməməmişik. Bu gün hansısa cəzadan söhbət getmir. Elbrus müəllimlə geniş söhbətimiz olub, oturub ilk turlardakı nəticələri müzakirə etmişik, səbəbləri araşdırmağa çalışmışıq.

 

O, öz tərəfindən buna aydınlıq gətirib. Biz də komandadan gözləntilərimizi söyləmişik. Əlbəttə, böyükhesablı məğlubiyyətlər üzücüdü, ancaq gəlin, onu da nəzərə alaq ki, çempionatın ən gənc heyəti bizdədi. 17-18 yaşlı uşaqlar da oynayır bizdə. Onlar hələ bir müddət təcrübə toplamalıdı. Baş məşqçi öz işini davam etdirir, onu çıxarmağa hazırlaşmırıq".

Tarix: 3 Sentyabr 17:26    Oxunub: 438    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.