Karateçilərimiz müxtəlif yaş qruplarında Türkiyədə 21 medal qazandı

Karate üzrə millimiz Türkiyənin Ərzurum şəhərində keçirilən 14-cü beynəlxalq Palandökən turnirini uğurlabaşa vurub.

 

Sportinfo.az xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (52 kq), ustalarda Ayxan Mamayev (84 kq), Asiman Qurbanlı (+84 kq) və Fəridə Əliyeva (+65 kq), eləcə də kumite yarışlarında adları 2-ci və 3-cü çəkilənlər, Şahin Atamov, Əli Cəfərov, Niyazi Əliyev və Rafiz Həsənovdan ibarət heyət, katada isə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev komanda yarışlarında çempion olublar.

 

Gümüş medalı millimizin aktivinə 14-15 yaşlı yeniyetmələrdən Osman Osmanlı (+70 kq), 16-17 yaşlı gənclərdən Ceyhun İsmayılov (kata), İsmayıl Quliyev (60 kq), Rövşən Əliyev (kata), qadınlardan isə Asya Məlikova (50 kq) yazdırıb.

 

Bürünc mükafata isə 14-15 yaşlı yeniyetmələrdən Hüseyn Məmmədli (57 kq), Elçin Quliyev (57 kq), Rəvan Bağırov (63 kq), Hüseyn Hüseynzadə (70 kq), 16-17 yaşlılarda Fidan Teymurova (48 kq), Mədinə Sadıqova və İnci Əzizova (hər ikisi – 53 kq), Tural Balcanlı (kata), Aysel Babayeva (53 kq), həmçinin komanda yarışlarında Samir İbrahimov, Turqut Həsənov, Novruz Əliyev, Ceyhun Mustafayev və Tural Ələkbərli layiq görülüblər.

 

24 ölkədən 500-dək idmançının iştirak etdiyi ənənəvi yarışda ümumi hesabda Azərbaycan karateçiləri ikinci yeri tutublar. Milli komandanın üzvlərindən başqa, Bakının, Sumqayıt, Gəncə və Naxçıvanın klublarını təmsil edən müxtəlif yaş qrupları üzrə idmançılar da medallar qazanıblar.

Tarix: 2 Sentyabr 16:48    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.