Aparılan müzakirələrin yekunu - Bəzi dəyişikliklər təsdiqləndi

Fransanın paytaxtı Parisdə baş tutan dünya çempionatı zamanı Dünya Güləş Birliyi (UWW) İdarə Heyətinin növbəti iclası baş tutub. Sportinfo.az xəbər verir ki, iclasda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə edilib və qərar qəbul edilib.

 

Müzakirə edilən məsələlərdən ən başlıcası çəkilərdə dəyişikliklər olub. Belə ki, UWW-nin yeni qərarına əsasən böyüklər arasında çəkilərin sayı 8-dən 10-a artırılıb. Ancaq olimpiya çəkiləri əvvəlki kimi 6 olacaq.

 

Gələn ilin ilk günündən sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-da, yunan-Roma güləşçiləri 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-da, qadın güləşçilər isə 50, 53, 55, 57, 59, 62, 65, 68, 72 və 76 kq-da mübarizə aparacaqlar.

 

Gənclər və U-23 yaş kateqoriyasında da yarışlar bu çəkilər üzrə keçiriləcək. Yeniyetmələrin çəkiləri ilə bağlı qərar isə yaxın günlərdə qəbul ediləcək. Tokio Olimpiadasında sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kq-da, yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130 kq-da, qadın güləşində isə 50, 53, 57, 62, 68 və 76 kq-da medalçılar müəyyənləşəcək. 


İclasda aparılan müzakirələrin yekununda güləş qaydalarında bəzi dəyişikliklər də təsdiqlənib. Belə ki, bu il yeniyetmələrin qitə və dünya birinciliklərində sınaqdan keçirilən və 2 günlük yarış proqramı üzrə təklif olunan qayda dəyişikliyi gələn il yanvarın 1-dən bütün yaş kateqoriyalarında tətbiq ediləcək.

 

İkinci yarış günündə normadan 2 kq artıq çəkidə güləşməyə icazə verilməsi isə yalnız gələn ilə şamil ediləcək. 2019-cu ilin yanvarından etibarən isə normadan artıq çəkidə güləşməyə icazə verilməyəcək.

Tarix: 1 Sentyabr 17:36    Oxunub: 103    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.