Fransada dünya çempionu oldu, "Qarabağ"ı yaddan çıxarmadı

“Bu qələbə təkcə mənim əziyyətim deyil, bütün yığma komandanın zəhmətidi” - Sportinfo.az xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə qızıl medal və Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanan Hacı Əliyev deyib.


Uğur qazanmasında rolu olan hər kəsə təşəkkü edən 26 yaşlı idmançı növbəti yarışlarda 61 deyil, 65 kq çəki dərəcəsində mübarizə aparacağını söyləyib: “Cənab Prezidentimizin idmançılara qayğısının nəticəsidir ki, bu gün nailiyyətlər var.

 

Həm yığma komandanın məşqçiləri, həm də şəxsi məşqçilərimə, hər birinə təşəkkürümü bildirirəm. Üzərimdə kimin əməyi varsa, halal etsin. Bu, tək mənim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. Komandamızda medal az idi.

 

İstəyirdim ki, həm komandamızda qızıl medal olsun, həm özüm üçün bir tarix yazım, həm də komandamızda bir az ruh yüksəkliyi yaradım. Şükür Allaha, bunu bacardım. Çox sevinirəm ki, üçüncü dəfə bu qələbəni qazanmışam. Olimpiya çempionu olmaq istəyirəm.

 

Ancaq qarşıda yenə Avropa və dünya çempionatları, yarışlarımız çox olacaq. İnşallah hazırlaşacam və bir çəki yuxarıda çıxış edəcəm. Olimpiya oyunlarında 65 kq çəki dərəcəsində çıxış etməliyəm. Nə qədər ki idmanda varam, böyük uğurlar qazanmaq üçün əlimdən gələni edəcəm".


H.Əliyev dünya çempionatına yaxşı hazırlıq prosesi keçdiklərini söyləyib. O, qarşıya qoyduğu məqsədə çatmaq üçün çox çalışdığını deyib: "Dünya çempionatında zəif rəqib yoxdur. Hər biri güclüdür və hərəsinə qarşı taktika fərqli olur. Rəqiblərimin hamısını tanıyıram. Çəkimdə dünya və olimpiya çempionları vardı.

 

Sevinirəm ki, üçüncü dəfə dünya çempionu oldum. Qarşıma qoyduğum vəzifənin öhdəsindən gəldim. Rusiya millisinin 3 üzvü finalda olsa da, qızıl medal qazana bilmədilər. Fikrimcə, bizim qızıl medal əldə etməyimiz onlardan daha yaxşı hazırlıqlı olmağımızla bağlıdır. Daha yaxşı hazırlıq prosesi keçməyimizin nəticəsidir ki, bizdə qızıl medal oldu, onlarda isə yox”.

 

Üçqat dünya çempionu “Qarabağ”ı Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanmaq münasibəti ilə təbrik edib: “Biz dünya çempionatında olarkən “Qarabağ” ÇL-in qrup mərhələsinə vəsiqə qazandı və bütün xalqımızı, o cümlədən bizi sevindirdi. Fürsətdən istifadə edərək “Qarabağ”a da uğurlar arzulayıram. Azərbaycanımıza belə gözəl qələbələr yaraşır və inşallah bu qələbələr çox olar".

Tarix: 28 Avqust 15:36    Oxunub: 400    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.