"Qəbələ" "Qarabağ"ı 4, "Zirə" "Sumqayıt"ı 5 qolla məğlub etdi

Premyer Liqa klublarının əvəzedici heyətlərinin yarışında 3-cü tura yekun vurulub. Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. Hər iki oyun heç-heçə başa çatıb.

 

“Neftçi” doğma meydanda “Kəpəz”lə bərabərə qalıb. Dörd qolun vurulduğu “İnter” - “Səbail” oyununda da qalib müəyyənləşməyib. "Zirə" "Sumqayıt"ı evdə, "Qəbələ" isə "Qarabağ"ı səfərdə darmadağın edib.

 

İlk iki turda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” bu dəfə də meydandan 3 xalla ayrılıb. Qarşılaşmaya fəal başlayan Elmar Baxşıyevin yetirmələri uzun müddət rəqibin müqavimətini qırmaqda çətinlik çəksə də, ilk yarının sonlarında 2 qol vurub.

 

Öncə Hacıağa Hacılı, fasilə öncəsi isə Amin Seydiyev meydan sahiblərinin qapısına yol tapıb. İkinci hissədə də inamlı oyun nümayiş etdirən komandamız 66-cı dəqiqədə Rövlan Muradovun qolu ilə fərqi 3 topa çatdırıb.

 

“Qəbələ” sonda daha bir dəfə fərqlənib. Bu dəfə Əli Sadıxov qol sevinci yaşayıb – 4:0. Beləliklə, mövsümün startında ardıcıl 3-cü böyükhesablı qələbəsini qazanan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
 

"Neftçi" - "Kəpəz" 1:1

Qollar: Elçin Əsədov, 84-pen. - Ruslan Süleymanov, 13.

 

"İnter" - "Səbail" 2:2

Qollar: Əlibəy Məmmədli, 40; Sinan Akkoyun, 76 - Aslan Hüseynov, 26. Turan Babayev, 49.

 

"Zirə" - "Sumqayıt" 5:0

Qollar: Müşfiq İlyasov, 15; 23; 31. Muxtar Əliyev, 52. Camal Camalov, 77.

 

"Qarabağ" - "Qəbələ" 0:4

Qollar: Haciağa Hacılı, 38. Amin Seyidov, 45. Rövlan Muradov, 66. Əli Sadıxov, 84.

 

Tarix: 28 Avqust 11:12    Oxunub: 206    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.