"Qəbələ"nin daha bir taekvondoçusu medalçı oldu

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Məhəmməd Məmmədov Tayvanda təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının mükafatçısı olub. Sportinfo.az xəbər verir ki, idmançımız yarışın son günündə fərqlənib.

 

63 kq çəki dərəcəsində çıxış edən Məmmədov Universiadanın bürünc mükafatına sahib çıxıb. Taekvondoçumuz 1/16 finalda meksikalı Edqar Porras Reyesi 21:5, 1/8 finalda Tay Tin Vinqi (Honq Konq) 29:9, 1/4 finalda isə braziliyalı Venilton Torres Teyxeiranı 24:12 hesabı ilə məğlub edib.

 

Bununla da yarımfinala yüksələn Məhəmməd finalın bir addımlığında iranlı rəqibi Mirhaşem Hosseyniyə uduzub (9:19) və yarışın bürünc mükafatçısı olub.

 

Universiadada çıxış edən digər taekvondoçumuz Milad Beigi Harçeqani 80 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, çempion adına yiyələnib.

Tarix: 26 Avqust 14:36    Oxunub: 60    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.