Hacı Əliyev Fransadakı dünya çempionatında qızıl medal qazandı

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Fransanın paytaxtı Parisdəki dünya çempionatında qızıl medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 61 kq çəkidə mübarizə aparan ikiqat dünya çempionu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı mübarizəyə 1/16 final mərhələsindən qoşulub.


O, ardıcıllıqla qırğızıstanlı Alibek Osmonovu (8:0), yaponiyalı Rinya Nakamuranı (10:1), slovakiyalı Mikola Bolotnjuku (10:0) və kubalı Yovlis Bonne Rodrigezi (10:0) məğlub edərək, finala çıxıb. Həlledici görüşdə rusiyalı Hacımurad Rəşidovla qarşılaşan H.Əliyev rəqibinə tuşe ilə qalib gəlib.

Tarix: 26 Avqust 00:53    Oxunub: 119    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.