Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazandı

Tailandın paytaxtı Tayvanda keçirilən XXIX Yay Universiadasında Azərbaycan komandası daha bir medal qazanıb. Sportinfo.az xəbər verir ki,  taekvondoçu Məhəmməd Məmmədov (63 kq) bürünc medala sahib olub.


Məmmədov ardıcıl olaraq, meksikalı Edqar Porras Reyesi (21:5), honq-konqlu Tay Tin Vinqi (29:9) və braziliyalı Venilton Torres Teyşeyranı (24-12) yensə də, yarımfinalda iranlı Mirhaşem Hosseyniyə (9:19) uduzub.


Azərbaycanın daha bir taekvondoçusu Payam Qobadi Oğaz (87 kq) 1/4 finalda uduzaraq medalsız qalıb. Olimpiya mükafatçısı Patimat Abakarova (49 kq) isə ilk döyüşdəcə yenilib və yarışla erkən vidalaşıb.
Beləliklə, Azərbaycan taekvondoçuları Universiadanı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

 

Daha əvvəl Milad Beigi Harçeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş, Səid Quliyev (74 kq) və Radik İsayev (+87 kq) bürünc medala yiyələnib. Eyni zamanda cüdoçulardan Zelim Kotsoyev (100 kq) fəxri kürsünün birinci pilləsinə yüksəldiyi halda, Firudin Dadaşov (90 kq) bürünc medala sahib olub.

Tarix: 25 Avqust 17:58    Oxunub: 101    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.