İki azərbaycanlı Universiadada bürünc medal qazandı

Azərbaycan taekvondoçuları Səid Quliyev və Radik İsayev Taypeydə təşkil olunan XXIX Yay Universiadasında bürünc medal qazanıblar.

 

Sportinfo.az xəbər verir ki, 74 kq çəki dərəcəsində çıxış edən Quliyev mübarizəyə 1/16 finalda başlayıb. O, ardıcıllıqla çilili Munoz Qarridonu (29:11), meksikalı Hektor Alvarez (5:5, hakimlərin qərarı ilə qalib elan olunub) və portuqaliyalı Julio Ferreyranı (8:6) məğlub edib.

 

Yeniyetmələr arasında olimpiya çempionu olan 24 yaşlı idmançı yarımfinalda iranlı Ramin Hüseynquluzadəyə uduzaraq (0:13) "bürünc" əldə edib.


2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olan İsayev isə mübarizəyə 1/8 finaldan başlayıb. O, ardıcıl olaraq iranlı Farşad Qais Şandini (12:11) və türkiyəli Sabit Buqrahan Karakası (17:1) yenib. Lakin yarımfinalda rusiyalı Rafael Ayukayevə 8:36 hesabı ilə uduzan İsayev "bürünc"lə kifayətlənib.


Bunadək Azərbaycan Universiadada 2 qızıl, ümumilikdə isə 4 medal qazanıb. Taekvondoçulardan Milad Beigi Harçeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) “gümüş” əldə edib.

 

Eyni zamanda, cüdoçulardan Zelim Kotsoyev (100 kq) fəxri kürsünün birinci pilləsinə yüksəldiyi halda, Firudin Dadaşov (90 kq) bürünc medala yeyələnib.

Tarix: 24 Avqust 17:30    Oxunub: 149    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.