Azərbaycan taekvondoçusu Universiadada qızıl medal qazandı

Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani Taypeydə təşkil olunan 29-cu Yay Universiadasında qızıl medal qazanıb.

 

Sportinfo.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, əvvəlcə portuqaliyalı Jan Miçel Fernandesi 29:1, ardınca rusiyalı Boqdan Qreçkini 25:8, yaponiyalı Hidenori Ebatı 32:15 hesabı ilə yenib.

 

Dünya çempionu yarımfinalda yerli taekvondoçu Vey Tinq Liuya 12:4 hesabı ilə qalib gəlib. Həlledici döyüşdə isə o, ispaniyalı Raul Martinez Qarsiyadan üstün olub - 6:3. 

 

Bu, Azərbaycanın Universiadada 2-ci "qızıl"ı, ümumilikdə isə 4-cü medalı olub. Ötən gün digər taekvondoçu Ayxan Tağızadə (68 kq) gümüş medala sahib olub. Daha əvvəl isə cüdoçulardan Zelim Kotsoyev (100 kq) qızıl, Firudin Dadaşov (90 kq) bürünc medal əldə edib. 

Tarix: 23 Avqust 17:36    Oxunub: 82    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.