"Qarabağ" rəhbərliyi: "Almeydanın meneceri kimlərləsə danışıb"

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl komandanın aparıcı oyunçusu Riçard Almeydanın İtaliya klublarından təklif alması haqda yayılan xəbərə münasibət bildirib. Sportinfo.az xəbər verir ki, klub rəsmisi braziliyalı yarımmüdafiəçi ilə bağlı rəsmi təklif almadıqlarını deyib.

 

“Almeyda ilə bağlı bizə heç bir rəsmi təklif gəlməyib. Təklif olsa, hər halda dəyərləndirərik. Burada baş məşqçi Qurban Qurbanovun və futbolçunun fikri əsasdır. Mən bilirəm ki, Almeyda “Qarabağ”da xoşbəxtdir, Azərbaycanı sevir.  Bəlkə də Almeydanın meneceri kimlərləsə danışıb. Ancaq kluba hər hansı bir müraciət edilməyib. Nə qədər ki, kluba rəsmi müraciət daxil edilməyib, bu xəbərlər bizim üçün əhəmiyyət daşımır”.

 

Futbolçunun agenti Qaetano Montalban isə İtaliya mətbuatına açıqlamasında Almeydanın da İtaliya klublarında oynamağa hazır olduğunu bildirib. O, hətta yayda Almeydanın İtaliya A seriyası klublarından birinə keçməyə yaxın olduğunu vurğulayıb.

Tarix: 22 Dekabr 19:53    Oxunub: 468    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.